AZ

"Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışından

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və "Gilan"ın dəstəyi ilə keçirilən Qəbələ "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Publika.az xəbər verir ki, açılış mərasimində Leyla Əliyeva, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər, tanınmış ictimai xadimlər, Qəbələ sakinləri və qonaqlar iştirak edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında ikinci ildir təşkil edilən Qəbələ "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu bildirib.

Fərhad Bədəlbəyli deyib: "Qış nağılı" Musiqi Festivalı artıq ikinci dəfədir ölkəmizin dilbər guşələrindən olan və füsunkar təbiəti ilə seçilən Qəbələ şəhərində keçirilir. Hələ 2009-cu ildə təməli qoyulan və gözəl ənənəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən bütün sənətsevərləri bir araya toplayıb. Bu gün Qəbələ sanki bütün sehrli qapılarını bizim üçün açıb. Çox gözəl hava var, biz qarı gözləyirdik. Çünki qarsız bu festival alına bilməzdi".

Festivalın bədii rəhbəri göstərilən kömək və dəstəyə görə Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə və "Gilan"a dərin təşəkkürünü bildirib.

Seçilən
17
18
publika.az

10Mənbələr