AZ

Qırışları azalır, amma kor ola bilərsiniz

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Botoks həm estetik, həm də tibbi sahədə geniş istifadə olunur.

Ölkə.az xəbər verir ki, üz qırışlarını azaltmaq, qaşları qaldırmaq, hətta migren və aşırı tərləmə kimi tibbi problemlərin müalicəsi üçün tətbiq edilir. Lakin hər tibbi prosedur kimi, botoksun da müəyyən fəsadları və riskləri mövcuddur.

Ən çox rast gəlinən təsirlər iynə yerində qızartı, şişlik və göyərmə, yüngül baş ağrısı və əzələ zəifliyidir. Bəzi hallarda isə botoksun təsiri üz əzələlərinə yayılaraq qaşların, göz qapaqlarının və ya ağız künclərinin sallanmasına səbəb ola bilər. Bu, üz ifadələrinin qeyri-təbii görünməsinə gətirib çıxara bilər.

Allerjik reaksiyalar nadir deyil və qızartı, qaşınma, şişlik, bəzi hallarda nəfəs darlığı, ürək döyüntüsündə sürətlənmə müşahidə oluna bilər. Daha ciddi hallarda isə botoksun ətraf əzələlərdə zəifliyə səbəb olması, görmə problemləri və dodaq ətrafında hissiyyat itkisi yarana bilər. Həddindən artıq tətbiq uzunmüddətli əzələ zəifliyinə gətirib çıxara bilər.

Riskləri azaltmaq üçün botoks yalnız sertifikatlı və təcrübəli həkimlər tərəfindən edilməli, tibbi tarixçə və allergiyalar həkimlə paylaşılmalı, məhsulun orijinallığından əmin olunmalıdır. Mütəxəssislər, hamiləlik və laktasiya dövründə isə botoksdan uzaq durmağı məsləhət görülür.

Ümumilikdə, botoks effektiv və təhlükəsiz bir vasitədir, lakin onun tətbiqi fərdi xüsusiyyətlər və düzgün prosedurla bağlıdır. Yüngül yan təsirlərdən ciddi fəsadlara qədər risklər mövcuddur, buna görə təcrübəli həkimə müraciət etmək vacibdir.

Leyla

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
olke.az

3Mənbələr