Bərdə rayon sakini, sahibkar Əlizamin Behbudov aidiyyəti qurumlara və ictimaiyyətə müraciət edərək iddia edir ki, ona məxsus yanacaqdoldurma məntəqəsi illər əvvəl qanunsuz şəkildə əlindən alınıb.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, 2009-cu ildə qanuni əsaslarla fəaliyyət göstərən və şəxsi sahibkarlıq subyekti olan yanacaqdoldurma məntəqəsi bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə ələ keçirilib. Şikayətçi bildirir ki, hadisədə Dövlət Sərhəd Xidmətinin keçmiş general-mayoru Asəf Quliyev, onun qardaşı Azər Quliyev və digər himayədar şəxslərin iştirakı olub.
Əlizamin Behbudovun iddiasına əsasən, sözügedən yanacaqdoldurma məntəqəsi Bərdə rayonunun Yeni Daşkənd kəndi ərazisində yerləşir və məhz həmin obyekt zor tətbiqi və təzyiq yolu ilə onun əlindən alınıb.