Goranboyda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
1988-ci il təvəllüdlü M.Qələndərova idarə etdiyi “Nissan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb.
Qəza zamanı avtomobildə sərnişin qismində olan 1985-ci il təvəllüdlü N.Əzizova xəsarət alıb. Yaralı qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov