AZ

Luvr soyğununda zərər görən tacın son görüntüsü paylaşıldı

Luvr soyğununda zərər görən tacın son görüntüsü paylaşıldı

Ötən ilin oktyabr ayında Luvr Muzeyindən oğurlanan və qaçan oğruların yerə düşürdüyü XIX əsr yadigarı olan brilyantlarla bəzədilmiş tac demək olar ki, bütöv halda tapılıb. Muzey tacın bərpasının mümkün olduğunu bildirərək onun son vəziyyətini əks etdirən görüntüləri paylaşıb.

Fransanın paytaxtı Parisdə yerləşən dünyaca məşhur Luvr Muzeyi ötən oktyabrda baş vermiş 88 milyon avroluq böyük zinət əşyaları soyğunu ilə bağlı yeni açıqlama verib. Soyğun zamanı oğurlanan, lakin cinayətkarlar qaçarkən yerə düşürülən İmperatriça Ejeni tacı ilk dəfə nümayiş etdirilib.

Muzey rəsmiləri qeyd ediblər ki, oğrular tacı şüşə vitrində açdıqları dar dəlikdən güclə çıxarmağa çalışıblar və bu zaman tac ciddi şəkildə deformasiyaya uğrayıb. Qaçış yolunda tapılan tac üzərində aparılan araşdırmalar nəticəsində məlum olub ki, 1354 brilyantın demək olar ki, hamısı və 56 zümrüd yerindədir. Tacı bəzəyən səkkiz qızıl qartaldan isə yalnız birinin itdiyi bildirilib.

Luvr Muzeyinin direktoru Lorans de Karın rəhbərlik etdiyi ekspert komitəsi tacın bərpa prosesini idarə edəcək. Muzey rəhbərliyi bildirib ki, eksponat orijinal görünüşünə sadiq qalaraq, sıfırdan istehsal prosesinə ehtiyac duymadan tamamilə əvvəlki halına qaytarıla bilər.

Seçilən
29
afn.az

1Mənbələr