ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Plastik qablarda satılan sular ilk baxışdan zərərsiz görünsə də, əslində insan sağlamlığı üçün potensial təhlükədir. Steril, mineral tərkibli olduğunu düşünürək alıb içdiyimiz suların nəinki içməyə, hətta məişətdə istifadə üçün də yararsız olduğu bildirilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dəfələrlə aparılan monitorinqlər zamanı da ticarət obyektlərində satışı həyata keçirilən su nümunələrinin mikrobioloji göstəricilərin qida sahəsində normativ sənədlərin tələblərinə cavab verməyi aydın olub. Əhaliyə satılan sular bir çox hallarda mərkəzləşdirilmiş su sistemindən gələn sular, həmçinin artezian suları olduğu halda, məhsulun üzərində onların müxtəlif təbii mənbələrdən - dağlardan və bulaqlardan gətirilərək qablaşdırıldığı qeyd edilir. Bu yazılar vasitəsilə də insanlar aldadılır.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, keyfiyyətli su qəbul edərkən ağızda yüngül, xoşagələn dad yaranır. Suyun mineral dəyəri isə içilə biləcək qədər olmalıdır. Suyu içdikdən sonra ağırlıq, şişkillik olursa, bu, həmin suyun keyfiyyəsiz olduğunun əlamətləridir. Bu hal həmçinin mineral dəyərinin orqanizmin qəbul edəcəyi həddə olmadığını da göstərə bilər: "Ölkə ərazisində tez-tez monitorinqlər aparılsa da, heç də bütün satılan sular standartlara cavab vermir. Təəssüf ki mənşəyi bəlli olmayan yerdən doldurulub satılan bəzi sular insan orqanizmi üçün çox təhlükəlidir. Yaxşı olar ki, mənşəyi bəlli olan, özünü isbatlamış markalardan istifadə edilsin. Bu zaman suyun tərkib hissəsi də dəyişmir. Plastik butulkalardaki sular çox vaxt açıq günəş altında satışda olur və daha sonra bir neçə dəfə soyuducudan çıxardılıb, təkrar günəş şüalarına məruz qalır və bu, daha təhlükəlidir. Çünki istiliyə məruz qalan plastik butulkalar politeninin tərkibinin dəyişməsinə gətirib çıxardır. Həmin butulkalara isti çay, digər isti mayelər tökürlər ki, bu da birbaşa qəbul edildikdə butulkanın tərkibindəki zərərli kimyəvi maddələr birbaşa insan orqanizminə keçir. Əgər plastik butulkadakı su istiliyə məruz qalırsa, "polivinil xlorid" adlı maddə suyun tərkibinə keçib, insan orqanizmində birbaşa xərçəng xəstəliyi yarada bilir və xərçəng xəstələrində sürətli şəkildə xəstəliyin ağırlaşmasına gətirib çıxardır".
Məhsəti Hüseynova bildirib ki, bəzən mənşəyi bəlli olmayan yerdən doldurulub satışa çıxarılan bu sular insan orqanizmi üçün çox təhlükəlidir: "Yaxşı olar ki, mənşəyi bəlli olan və etibarlı markalardan olan sulardan istifadə edilsin".
Sevinc QARAYEVA
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.