AZ

İslamabadda məscid partladıldı: çox sayda ölənlər və yaralananlar var

Pakistanın İslamabad şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb. Rayon administrasiyasının rəsmisi bildirib ki, ən azı 169 nəfər yaralanıb.

Partlayış Tarlai rayonundakı məsciddə baş verib. “Dawn” qəzeti əvvəllər 24 nəfərin öldüyünü bildirmişdi. Rəsmi şəxs “paytaxtda cümə namazı zamanı məscidi sarsıdan partlayışda ən azı 31 nəfərin öldüyünü, 169 nəfərin isə yaralandığını” dəqiqləşdirib.

Hadisə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin iki günlük rəsmi səfəri zamanı baş verib.
İslabad Paytaxt Ərazisi Polisinin sözçüsü Taqi Cavad partlayışın mahiyyəti ilə bağlı qəti nəticələr çıxarmağın hələ tez olduğunu, lakin bütün əlamətlərin intiharçı hücumuna işarə etdiyini qeyd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr