ABŞ hərbi texnikasının İran sərhədləri yaxınlığında toplandığını göstərən peyk görüntüləri yayılıb.
«The Sun” qəzetinin “aif.ru” saytına istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp İslam Respublikası hökumətinin devrilməsi üçün “zəmin hazırlayır”. Məqalədə deyilir: “Peyk görüntüləri İordaniyadakı Müvəffəq Salti hava bazasında ən azı on iki F-15E hücum təyyarəsini və Yaxın Şərq sahillərində 12 hərbi gəminin cəmləşdiyini göstərir”.
ABŞ əvvəllər 12 günlük müharibə zamanı İrana hücum etmişdi. 22 iyunda ABŞ İranın nüvə obyektlərini bombalayaraq münaqişəyə girmişdi. 24 iyunda atəşkəs elan edilaə də, bir neçə saat sonra ölkələr razılaşmanı pozublar. Trampın müdaxiləsindən sonra atəşkəs qüvvədə qalıb.
//Samir Qurbanov, Editor.az