AZ

Bakıda daha bir məktəbdə hadisə

Fevralın 6-da Bakının Nizami rayonunda yerləşən 10 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi məktəbdə yıxılıb.

Publika.az xəbər verir ki, hadisə ilə bağlı Trend-in sorğusuna 10 nömrəli tam orta ümumtəhsil məktəbindən cavab verilib. Bildirilib ki, 8-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) fevralın 6-da məktəbin fövqəladə hallar zamanı çıxış üçün nəzərdə tutulan qapısının üzərinə dırmaşmaq istəyərkən yıxılıb.

Qeyd edilir ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb:

"Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Hazırda şagirdin vəziyyətinin normal olduğu bildirilir.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara da məlumat verilib.

Seçilən
10
12
publika.az

10Mənbələr