AZ

“Sabah”ın yeni hücumçusu kimdi?

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Sabah” qış “transfer pəncərəsi”ndə ilk və yəqin ki, son transferini reallaşdırdı. “Bayquşlar” Sloveniyanın “Maribor” komandasından Patrik Orfe Mbinanı icarəyə götürdü.Baş məşqçi Valdas Dambrauskas “Karvan-Yevlax”la oyundan sonra mətbuat konfransında transfer etmək niyyətində olmadıqlarını, çox bəyənəcəyi futbolçu olarsa, heyətə qatacaqlarını bildirmişdi. Görünür, Mbinanı çox bəyənib. Mbina mərkəz hücumçusudu. 25 yaşlı forvard 188 boya, yüksək qol duyumuna malikdi. O, “Maribor”da çox şans qazanmırdı. Çempionatda cəmi 9 oyunda meydanda olub, 4 qolla yadda qalıb. Qabonlu futbolçu “Maribor”dan başqa “Port Jantil” (Qabon), “Kolomye”, “Bove”, “Nim” (hamısı Fransa) və “Leyriya” (Portuqaliya) klublarının şərəfini qoruyub.400 min avro “transfermarkt” dəyəri olan Mbina peşəkar karyerası ərzində 144 oyuna çıxıb, 48 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.Xatırladaq ki, paytaxt təmsilçisinin iki mərkəz hücumçusu da hazırda zədəlidi. Coy-Lens Mikels qısa müddətdə heyətə qoşulacaqsa, Pavol Şafranko martda komanda ilə məşqlərə başlayacaq.MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
icma.az

2Mənbələr