AZ

ailədaxili münaqişə qanla nəticələndi: kişi həyat yoldaşına xəsarət yetirdi

Sumqayıtda ailədaxili münaqişə qanla nəticələnib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin 40-cı məhəlləsində ağır məişət hadisəsi baş verib.

Şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Səfərov həyat yoldaşı, 1983-cü il təvəllüdlü İradə Səfərovaya kəsici alətlə xəsarət yetirib.

Məlumata görə, insident şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baş verib. Yaralı qadın dərhal tibb müəssisəsinə yerləşdirilib.

Seçilən
11
2
publika.az

3Mənbələr