AZ

Sədr müavini Kanadada bir sıra görüşlər keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininsədrinin müavini Vaqif Seyidbəyov Kanadaya işgüzar səfəriçərçivəsində bir sıra görüşlər keçirib.

Trend xəbər verir ki, bubarədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitə sədrinin müavini Toronto Azərbaycan Evinin fəaliyyəti iləyaxından tanış olub. Azərbaycan Evinin və “Vətən” Azərbaycanİncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova evinfəaliyyəti və qarşıdakı planlar barədə ətraflı məlumat verib.

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən AzərbaycanEvlərinin soydaşlarımızın şəbəkələşməsinə, Vətəndən uzaqda özləriniyalnız hiss etməməsinə və gənc nəsildə milli birliyinformalaşmasına xüsusi xidmət etdiyi vurğulanıb. Sədr müavini dahasonra Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “MənimAzərbaycanım” həftəsonu məktəbini ziyarət edib. Şagirdlər məktəbdəözlərinə azərbaycanlı dostlar tapdıqlarını, ana diliniöyrəndiklərini, festivallarda və tədbirlərdə Azərbaycanın millirəqsləri ilə çıxış etdiklərini qürurla dilə gətiriblər Məktəbinmüəllimləri gənc soydaşlarımızın milli ruhda tərbiyə edilməsi,zəngin mədəniyyətimizin qorunması və təbliğində həftəsonuməktəblərinin əvəzsiz rolundan danışıblar. Soydaşlarımızagöstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinəminnətdarlıqlarını bildiriblər.

Səfər çərçivəsində Kanadadakı Azərbaycan icması ilə görüşkeçirilib. Sədr müavini komitənin dəstəyi ilə dünyanın müxtəlifölkələrində təşkil olunan genişmiqyaslı layihələrin soydaşlarımızınhəmrəyliyinə hesablandığını ifadə edib. Görüş iştirakçılarıhəmvətənlərimiz arasında güclü bağın qurulması, qarşılıqlı dəstəkmexanizmlərinin yaradılması, eləcə də Kanadaya yeni gələnsoydaşlarımızın adaptasiyası mövzusunda müxtəlif təkliflərsəsləndiriblər. İcmanın ağsaqqalları Kanadada yaşayanazərbaycanlıların bir arada olması, milli kimliyin və ana dilininqorunmasına göstərilən dəstəyə görə Diasporla İş üzrə DövlətKomitəsinə təşəkkür ediblər.

Komitə sədrinin müavini Toronto Universitetində yerləşən “TomasFişer” (Thomas Fisher) Nadir Əsərlər Kitabxanasını da ziyarət edib.Kitabxanada Azərbaycan dilində yazılan əsərlər, azərbaycanlımüəlliflərin başqa dillərə tərcümə olunan nadir kitabları, ocümlədən Nizami Gəncəvinin 1517-ci ilə aid “İqbalnamə” əlyazması,Füzulinin “Leyli və Məcnun” əsərinin Təbrizdə çap olunan ilk nəşrivə XVIII əsrə aid təzhibli Qurani-Kərim nüsxələri ilə tanış olub.Toronto Universitetinin Yaxın və Orta Şərq, eləcə də İslam dünyasıkitab kolleksiyalarına nəzarət edən Lalə Cavanşir Azərbaycan mədəniirsinin Toronto Universitetində necə təmsil olunduğu və qorunduğubarədə məlumat verib.

Sədr
Sədr
Sədr
Sədr
Seçilən
59
2
az.trend.az

3Mənbələr