AZ

"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi

Fransanın paytaxtı Parisdə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.

Kişilər

60 kiloqram, 1/16 final

Balabəy Ağayev - Kim Hvasu (Koreya) / Fransisko Qarriqos (İspaniya) cütünün qalibi

66 kiloqram, 1/16 final

Nazir Talıbov - Migel Qaqo (Portuqaliya) / Erbol Abasbekov (Qırğızıstan) cütünün qalibi

Ruslan Paşayev - Yusuf Nurkoviç (Monteneqro) / Bence Ponqrats (Macarıstan) cütünün qalibi

81 kiloqram, 1/16 final

Zelim Tçkayev - Vanq Cian-nan (Çin) / Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün qalibi

Vüsal Qələndərzadə - Saşa Jiqli (Fransa) / Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi

100 kiloqram, 1/16 final

Əjdər Bağırov - Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası)

+100 kiloqram, 1/16 final

Uşanqi Kokauri - Marvin Belz (Almaniya)

Kənan Nəsibov - Ştefan Heqi (Avstriya)

Qeyd edək ki, Dünya Cüdo Turu seriyasına daxil olan ilin ilk yarışı fevralın 7-də start götürəcək. 3 gün davam edəcək turnirdə Azərbaycan 5 çəki dərəcəsində 8 idmançı ilə təmsil olunacaq. Təsnifat mərhələsinin görüşləri Bakı vaxtı ilə saat 11:00-da, final bloku isə 20:00-da başlayacaq.

Seçilən
12
15
far.az

10Mənbələr