Vaşinqton İran üçün keçid hökuməti yaratmaq ideyası üzərində işləyir. “The National” qəzeti xəbər verir ki, bu işdə prezidentin kürəkəni Cared Kuşner yaxından iştirak edir
Xəbər verildiyi kimi, Kuşnerin İranı idarə etmək üçün keçid strukturunun formalaşdırılması ilə bağlı məsləhət verə biləcək bir qrup İran-Amerika biznes liderləri yaratmaq üzərində işləyir. Bu struktur mövcud İran rejiminin süqutu halında lazım ola bilər. “National” qəzetinin məlumatına görə, Vaşinqton gələn həftəsonu Florida ştatının Palm Biç şəhərində İran müxalifətinin nümayəndələri ilə görüş keçirməyi planlaşdırır.
//Samir Qurbanov, Editor.az