AZ

Slovakiya Ukraynaya hərbi yardım göstərməyəcək



Slovakiya Ukraynaya hərbi yardım göstərmir və bu siyasəti davam etdirməkdə qərarlıdır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Slovakiya Parlamentinin sədr müavini Tibor Qaspar bildirib.

"Robert Fikonun rəhbərlik etdiyi hazırkı hökumət Slovakiyanın Ukraynaya dövlət ehtiyatlarından hərbi yardım göstərməyəcəyini bəyan edib. Biz bu siyasəti gələcəkdə də davam etdirməyi planlaşdırırıq", - deyə o bildirib.

Qeyd edək ki, Avropa İttifaqı bir neçə dəfə qitə ölkələrinə Ukraynaya hərbi yardım göstərməyi tövsiyə edib.

Anar
Seçilən
27
1
newscenter.az

2Mənbələr