AZ

Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 25 min manatdan çox ziyan dəyib

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 25 min 680 manat məbləğində ziyan dəyib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, sözügedən faktlar Nəsimi rayonunun Hüseyn Seyidzadə küçəsi, 1A, Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsi, 283A ünvanlarında, Xəzər rayonunun Mərdəkan qəsəbəsi Müşfiq Şahbazov küçəsində, Nəsimi rayonunun Abay döngəsi 360-cı məhəllədə qeydə alınıb.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
17
oxu.az

10Mənbələr