AZ

QHT sədri yol qəzasında ölüb

Masallı Ziyalıları İctimai Birliyinin sədri Qardaş Fətullayev avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

QHT.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə bildiriblər.

Məlumata görə, Qardaş Fətullayev yol-nəqliyyat hadisəsindən dərhal sonra xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Allah rəhmət eləsin!

Seçilən
11
2
qht.az

3Mənbələr