Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İran və ABŞ Omanda nüvə proqramı ilə bağlı danışıqların növbəti raundu üzrə qərarların öz ölkələrinin paytaxtları ilə məsləhətləşmələr apararaq razılaşdırılması barədə razılığa gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai "X" sosial şəbəkəsində məlumat verib.
"İran və ABŞ arasında Maskatda keçirilən danışıqlar dialoqun davam etdirilməsi barədə razılığın əldə edilməsi ilə başa çatıb. Tərəflər öz mövqelərini və tələblərini ifadə edərək, danışıqların növbəti raundu ilə bağlı qərarların öz ölkələrinin paytaxtları ilə məsləhətləşmələr aparmaqla qəbul edilməsi barədə razılığa gəliblər", - o yazıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.