Bakı. Trend:
UNEC-in rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyinümayəndə heyəti “Elmin populyarlaşdırılması” və “Elm gözəldir:məktəbdən elmə” təşəbbüsləri çərçivəsində Naxçıvan MuxtarRespublikasında səfərdə olub.
Səfərin ilk günündə UNEC rektoru, professor Ədalət Muradov,millət vəkili Vüqar Rəhimzadə, elm və innovasiya məsələləri üzrəprorektor Rövnəq Rzayev, professor Mahirə Hüseynova, akademikMuxtar İmanov və UNEC Elmin Populyarlaşdırılması Mərkəzinindirektoru, dosent Etibar Əliyevin təmsil olunduğu nümayəndə heyətiNaxçıvan Muxtar Respublikasında Azərbaycan RespublikasıPrezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovlagörüşüb.
Görüş zamanı UNEC-in elm və təhsilin populyarlaşdırılmasınayönəlmiş təşəbbüsləri barədə ətraflı məlumat verilib. UNEC-inməzunu olan Ceyhun Cəlilov universitetin bu təşəbbüslərini yüksəkqiymətləndirib. Görüşdə Prezident İlham Əliyevin Naxçıvanınsosial-iqtisadi və elmi inkişafı ilə bağlı tapşırıqları əsasındafikir mübadiləsi aparılıb.
Təşəbbüslər çərçivəsində növbəti görüş Naxçıvan DövlətUniversitetində (NDU) baş tutub. Nümayəndə heyəti universitetinkampusu, mövcud tədris və elmi infrastrukturu ilə yaxından tanışolub. Ziyarət zamanı Naxçıvan İnnovasiya Mərkəzində həyatakeçirilən innovativ layihələr, startap təşəbbüsləri və gənclərinelmi-texnoloji inkişafına yönəlmiş fəaliyyətlər təqdim edilib.Həmçinin Pedaqoji fakültədə fəaliyyət göstərən Texnologiya Mərkəzi,Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində yerləşənBiotexnologiya Mərkəzi, eləcə də mövcud laboratoriya imkanları vəelmi tədqiqat istiqamətləri barədə məlumat verilib. Səfərçərçivəsində Tibb fakültəsinin Sitologiya və Anatomiya kabinələri,Stomatoloji Simulyasiya Mərkəzi də nümayəndə heyətinə təqdimolunub.
Bundan əlavə, nümayəndələr NDU-nun Tələbə yataqxanası, Qonaq evivə Elmi Kitabxanasını ziyarət edərək, tələbələr və qonaqlar üçünyaradılmış sosial-məişət şəraiti və elmi informasiya resursları ilətanış olublar.
Səfər çərçivəsində NDU-nun professor-müəllim heyəti ilə görüş dəkeçirilib. Görüşdə Prezident İlham Əliyevin tövsiyələri əsasgötürülərək ana dilinin saflığının qorunması və inkişaf etdirilməsiməsələlərinə xüsusi diqqət yetirilib.
UNEC rektoru, professor Ədalət Muradov elminpopulyarlaşdırılması təşəbbüsünün əhəmiyyətindən və bu istiqamətdəNDU ilə əməkdaşlığın vacibliyindən danışıb. Professor MahirəHüseynova və akademik Muxtar İmanov Azərbaycan dilinin elmi vəictimai həyatda rolu ilə bağlı fikirlərini bölüşüblər. UNEC ElminPopulyarlaşdırılması Mərkəzinin direktoru, dosent Etibar Əliyev isəelmin populyarlaşdırılması sahəsində beynəlxalq təcrübə barədəməlumat verib.
Görüş zamanı ali təhsil müəssisələri arasında elmi əməkdaşlıq,innovasiya yönümlü layihələrin birgə icrası və akademik mübadiləimkanları müzakirə edilib. Tədbirin sonunda UNEC və NDU arasındaƏməkdaşlığa dair Memorandum imzalanıb.
Səfər çərçivəsində nümayəndə heyəti NDU nəzdində fəaliyyətgöstərən Beynəlxalq Məktəbin şagirdləri ilə də görüş keçirib.Görüşün əsas məqsədi məktəblilər arasında elmi düşüncəni təşviqetmək və gəncləri erkən yaşlardan tədqiqatçılığa həvəsləndirməkolub. Çıxış edənlər vurğulayıblar ki, elm uzaq və mürəkkəb bir sahədeyil, gündəlik həyatın ayrılmaz hissəsidir.
Rektor Ədalət Muradov gənclərə müraciət edərək elmlə məşğulolmağın yaş həddi tanımadığını və hər bir gəncin elmə töhfə verəbiləcəyini bildirib.
Görüşdən sonra qonaqlar Beynəlxalq Məktəbin infrastrukturu ilətanış olublar, şagirdlərin laboratoriyalarda apardıqlarıtəcrübələri izləyiblər. Gənc tədqiqatçıların elmi marağı vəhazırlıq səviyyəsi yüksək qiymətləndirilib.
Tədbirin sonunda UNEC tərəfindən məktəbin kitabxanasınaelmi-kütləvi və maarifləndirici ədəbiyyatlar hədiyyə edilib.