AZ

İsrailli professor Mark Applebaum AzMİU-da süni intellekt mövzusunda elmi seminarla çıxış edib (FOTO)

Bakı. Trend:

İsrailli alim, professor Mark Applebaum Azərbaycan Memarlıq vəİnşaat Universitetində (AzMİU) "Tədrisdə süni intellekt: Funksionalalətlərdən pedaqoji tərəfdaşlığa doğru" mövzusunda elmi seminarlaçıxış edib.

AZMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru NigarAslanova açılış nitqi ilə çıxış edərək bildirib ki, təhsilsistemində süni intellekt texnologiyalarının tətbiqi alternativəyox, zərurətə çevrilib. O qeyd edib ki, AzMİU-da innovativyanaşmaların təşviqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi,müəllim–tələbə münasibətlərində yeni pedaqoji modellərinformalaşdırılması universitet rəhbərliyinin əsasprioritetlərindəndir.

Prorektor onu da vurğulayıb ki, belə elmi seminarlar akademikmühitdə müasir trendlərin öyrənilməsi və qabaqcıl təcrübələrinpaylaşılması baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra çıxış edən professor Mark Applebaum təqdimatında süniintellektin ali təhsildə yalnız texniki yardımçı vasitə kimi yox,eyni zamanda pedaqoji tərəfdaş kimi çıxış etməsinin mümkünlüyündəndanışıb. Alim süni intellekt əsaslı platformaların fərdiləşdirilmiştədris və interaktiv öyrənmə mühitinin yaradılmasında oynadığı rolukonkret nümunələr əsasında izah edib.

Seminar zamanı müəllim və tədqiqatçılar süni intellektin etikaspektləri, akademik dürüstlük, müəllimin dəyişən rolu və gələcəktədris modelləri ilə bağlı suallar səsləndiriblər. Müzakirələrinteraktiv formatda davam edib.

Tədbirdə AZMİU-nun professor və müəllim heyəti ilə yanaşı, digəruniversitetlərin akademik heyəti də iştirak edib.

Qeyd edək ki, Mark Applebaum riyaziyyat təhsili sahəsindətanınmış ekspertdir. 7 dildə 100-dən çox məqaləsi dərc olunanalimin elmi fəaliyyəti və təcrübəsi əsasən istedadlı şagirdlərintəhsili, yaradıcı və tənqidi düşüncə, riyaziyyat müsabiqələri vəSTEM pedaqogikasına yönəlib. O, 30-dan çox beynəlxalq konfransdaiştirak edib və çoxsaylı qlobal tədbirlərdə əsas məruzəçi kimi rolalıb.

Hazırda “Kangaroo Israel Math Contest”in rəhbəri vəzifəsindəçalışır və 2023-cü ildən etibarən “Kaye Academic College ofEducation”da “Integrative STEM Education” proqramına rəhbərlikedir.

İsrailli
İsrailli
İsrailli
İsrailli
İsrailli
Seçilən
13
5
az.trend.az

6Mənbələr