AZ

Ali Məclisdə Milli Məclisin nümayəndə heyəti ilə görüş olub

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fevralın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu haqda “Xalq” qəzetinə Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi strateji xəttə uyğun olaraq gənclərlə iş və idman sahəsində əldə olunan nailiyyətlər, gənclərə göstərilən xüsusi diqqət və qayğıdan bəhs olunub.  Yaradılan şəraitdən istifadə edərək Azərbaycan gənclərinin ictimai-siyasi həyatda, mədəniyyət, sosial, humanitar sahələrdə fəal iştirak edərək ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməsindən danışılıb.

Həmçinin görüş zamanı komitələr arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Səbuhi HƏSƏNOV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
2
xalqqazeti.az

3Mənbələr