AZ

Tovuzda 84 yaşlı kişi yanaraq ölüb

Tovuzda yaşlı kişi bədbəxt hadisə nəticəsində vəfat edib.

Moderator.az xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 1942-ci il təvəllüdlü Cəmil Kazımov yanan sobanın üzərinə yıxılıb və aldığı xəsarətlərdən ölüb. Alov evin bir hissəsinə də keçib, lakin tikili tam yanmayıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
16
8
moderator.az

10Mənbələr