AZ

Şəmkirdə küçələr abadlaşdırılır

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Şəmkir, 6 fevral, AZƏRTAC

Şəmkir şəhərində küçələrin abadlaşdırılması işləri davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, artıq Həsən Əliyev, Molla Pənah Vaqif, Əhməd Cavad, Şıxəli Qurbanov, Zaur Sarıyev, Elşən Allahverdiyev küçələri əsaslı təmir olunub. Təbriz Əsgərov, Rəşad Yusibov, Xəqani İbrahimli küçələrində asfaltlama işləri aparılıb. Uzunluğu 1,8 kilometr olan Nəriman Nərimanov küçəsində aparılan yenidənqurma və bərpa işləri də yekunlaşmaq üzrədir.

Bu il şəhər ərazisində daha bir neçə küçənin təmiri də nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
azertag.az

1Mənbələr