Aktual.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
"Hazırda ölkələr arasında aktiv ticarət yoxdur, bunun bir neçə səbəbi var: bazarlar hələ bir-biri ilə tanış deyil və ticarət əlaqələri qurmaq vaxt tələb edir və bu əlaqələr daha çox özəl sektor və iş mühiti müstəvisindədir. Dövlət öz funksiyasını yerinə yetirir, lazımi şərait yaradır: siyasi razılaşmalar, yolların açılması və dəmir yollarından istifadə yolu ilə. Azərbaycanla birbaşa dəmir yolu əlaqələri açılana qədər alternativ rabitə variantlarından istifadə edilə bilər. Bu, vaxt aparan mürəkkəb bir prosesdir”, - o bildirib.