AZ

WSJ: “İranda etirazların ikinci dalğası başlayır” 

“The Wall Street Journal” qəzeti İranda yeni etiraz mərhələsinin formalaşdığını yazıb. Nəşrə görə, son aksiyaların zorakılıqla yatırılması hakimiyyətə qarşı narazılığı azaltmaq əvəzinə, əksinə, cəmiyyətdə ictimai qəzəbi daha da gücləndirib.

Vətəninfo.az xəbər verir ki, qəzet bildirir ki, ötən ay etirazçılara qarşı genişmiqyaslı zorakılıq və çoxsaylı itkilərdən sonra ölkədə ikinci etiraz dalğası yaranmağa başlayıb. İnsanlar davamlı repressiya və həbs təhlükəsinə baxmayaraq, narazılıqlarını açıq şəkildə ifadə etməyə davam edirlər.

Məqalədə qeyd olunur ki, dəfn və anım mərasimləri hökumət əleyhinə şüarların səsləndirildiyi etiraz məkanlarına çevrilir.
Bundan başqa, tibb işçiləri aksiyalar zamanı yaralılara yardım göstərdiklərinə görə saxlanılan həmkarlarının həbsinə etiraz edirlər.

Seçilən
19
veteninfo.az

1Mənbələr