AZ

“Zayed İnsan Qardaşlığı Mükafatı” Prezident İlham Əliyevin sülh siyasətinə verilən yüksək qlobal qiymətdir

Bakı. Trend:

Başa çatmaqda olan həftənin Azərbaycan üçün əsas siyasi hadisəsiBirləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Prezidentİlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsioldu. Dövlətimizin başçısı bu mükafata Azərbaycan və Ermənistanarasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görəlayiq görüldü.

Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayedin şərəfinə təsisolunmuş mükafat dünyada sülh, həmrəylik və dinc yanaşı yaşamaprinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlubeynəlxalq təltifdir. Müsəlman Ağsaqqalları Şurasının sədri,Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibvə mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasındatəsis olunması bu mükafatın qlobal mötəbərliliyini nümayiş etdirir.Prezident İlham Əliyevin dünyanın ən prestijli humanitar və sülhyönümlü təltiflərindən olan “Zayed İnsan Qardaşlığı Mükafatı”nalayiq görülməsi isə dövlətimizin başçısının 30 illik münaqişənisülh yolu ilə başa çatdırmasına, Cənubi Qafqazda davamlı sülh vəsabitlik yaratmaq uğrunda göstərdiyi səylərə verilən ən alidəyərdir.

Çağdaş dünyamızın İkinci Dünya müharibəsindən sonrakı tarixinənəzər salsaq, müharibələrin sülhlə başa çatdığını və barışın əldəolunduğunu təsdiq edən bir fakt belə göstərə bilmərik. Bu dövrdəmeydana çıxan savaşlar ya dövlətlərin parçalanması ilə nəticələnib,ya da bir sıra dövlətlər hələ də müharibə vəziyyətində qalmaqdadır.Cənubi Qafqaz da dünyada uzun illər müharibə zonası kimi tanındı.Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsimüasir dünyanın ən böyük ədalətsizliklərindən biri idi. Beynəlxalqhüququn normaları Azərbaycanın tərəfində olsa da, ayrı-ayrıtəşkilatlar və Qarabağ münaqişəsinin həlli ilə “məşğul olan”vasitəçilər obyektiv olmadılar. Nəinki obyektiv olmadılar, dolayıyolla işğala rəvac verdilər. Lakin Azərbaycan haqlı və prinsipialmövqeyindən bir addım belə geri çəkilmədi. Dövlət başçısı İlhamƏliyevin qətiyyətli və uzaqgörən siyasətinin nəticəsində 2020-ciildə 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarındatorpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpaolundu.

Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad olunmasınıtəmin etməklə yanaşı, həm də bu gün Azərbaycanla Ermənistanarasında sürətlə inkişaf etdirilən sülh prosesinin müəllifidir.Xüsusilə qeyd edilməlidir ki, 2025-ci ilin avqustun 8-dəVaşinqtonda əldə olunan razılaşmalar dövlətimizin başçısınıntəşəbbüsləri ilə başlanan sülh prosesində tamamilə yeni mərhələnintəməlini qoyub. Hadisələrin gedişatı göstərir ki, Prezident İlhamƏliyev prinsipial mövqeyi və siyasi iradəsi ilə regionda sülhütəmin edir. Bu baxımdan, dövlətimizin başçısına təqdim olunan alimükafat onun liderlik keyfiyyətlərinin, diplomatik məharətinin vəsülhə nail olmaq üçün göstərdiyi misilsiz qətiyyətin dünyamiqyasında tanınması və yüksək dəyərləndirilməsi deməkdir. Butəltif Prezident İlham Əliyevin qlobal lider statusunu daha damöhkəmləndirməklə yanaşı, Azərbaycanın sülhsevər, dialoqa meyillivə mənəvi dəyərlərə sadiq dövlət imicini də gücləndirir.

Eyni zamanda, Prezident İlham Əliyevin müəllifi olduğu sülhprosesi dünyada nümunəyə çevrilir. Bu model onilliklər boyu həlliqeyri-mümkün görünən münaqişələrin belə qətiyyətli liderlik vəədalətli prinsiplər əsasında nizamlana biləcəyini sübut edir.Fevralın 4-də Əbu-Dabi şəhərində “Zayed İnsan QardaşlığıMükafatı”nın təqdimolunma mərasimində çıxışında Prezident İlhamƏliyev bu barədə deyib:

“Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ dəmüharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadəedilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə,əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür.Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin prosesdost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyihalda, sülh mümkündür”.

Prezident İlham Əliyevin bu sözləri Azərbaycanın təklif etdiyisülh gündəliyinin sadəcə regional deyil, həm də universal birdüstur olduğunu ortaya qoyur. Münaqişə tərəflərinin keçmişin ağıryükündən azad olaraq gələcəyə baxmaq cəsarəti sülhün ən mühümşərtidir. Azərbaycan bu iradəni həm döyüş meydanında, həm dədiplomatik masada nümayiş etdirir.

Bütövlükdə, Azərbaycan Prezidentinin sülh strategiyası nümunəvibarış modelinə çevrilərək, digər münaqişə ocaqları üçün effektivbir yol xəritəsi funksiyasını daşıyır. Bu isə onu təsdiq edir ki,Azərbaycan artıq dünyada təkcə enerji resursları ilə deyil, həm dəqlobal təhlükəsizlik arxitekturasına verdiyi intellektual vəpraktiki töhfələrlə sülhün ixracatçısı olan dövlət kimitanınır.

Bir məsələni də qeyd etməliyik ki, Azərbaycanın Vətənmüharibəsindən sonrakı yeni siyasi-diplomatik zəfərləri,dövlətimizin başçısının sülh təşəbbüslərinin reallığa çevrilməsi,bu təşəbbüslərin Vaşinqton razılaşmalarının və “Zayed İnsanQardaşlığı Mükafatı”nın timsalında qlobal səviyyədə dəstəkqazanması özünü müxalifətçi hesab edən, lakin müxalifətçilikanlayışından tamamilə uzaq olan, Azərbaycan cəmiyyəti tərəfindənqəbul edilməyən antimilli ünsürlərin kürkünə birə salıb. ÇünkiPrezident İlham Əliyevin dünyada həm də sülh qurucusu kimitanınması illərdir müxtəlif riyakar və həqiqətə uyğun olmayanssenarilər üzərindən siyasi dividend qazanmaq istəyən Əli Kərimli,Cəmil Həsənli kimi siyasi qaragüruhçuların antiazərbaycançı siyasimərkəzlərin təlimatları ilə ölkəmizə qarşı həyata keçirdiklərixəyanətakar fəaliyyəti darmadağın edir. Onlar üçün Azərbaycanınsülh təşəbbüslərinin nümunə kimi göstərilməsi məğlubiyyətin vəmənəvi iflasın növbəti mərhələsidir. Ona görə mənəvi baxımdantükənmiş, milli hissini və simasını itirmiş bu riyakar qruplaşmanınüzvləri Prezident İlham Əliyevə “Zayed İnsan QardaşlığıMükafatı”nın verilməsini heç cür qəbul edə bilmir, sosial şəbəkələrüzərindən öz mənəvi miskinliklərini nümayiş etdirirlər.

Prezident İlham Əliyevin dünyanın ən nüfuzlu siyasi və mənəvimərkəzlərinin dəstəklədiyi bir mükafatla təltif olunmasını qəbuledə bilməmək Azərbaycanın dövlətçilik maraqlarının və beynəlxalqnüfuzunun hədəfə alınmasıdır. Bu isə sapı özümüzdən olan sözügedənmarginal qruplaşmanın təmsilçilərinin dövlətçilik anlayışından vədəyərlərindən nə qədər uzaq olduqlarını, onların siyasikimliklərinin, dünyaya baxışlarının tamamilə deqradasiyayauğradığını bir daha təsdiq edir.

Dövlətimizin uğurlarından məyus olan, qələbələrimizə kölgəsalmağa çalışan bu ünsürlərin əməlləri haqlı olaraq cəmiyyətimiztərəfindən ikrahla, qəzəblə qarşılanır. Azərbaycana qarşı qərəzlivə düşmən mövqedə dayanan təşkilatlarla əməkdaşlıq edən,Ermənistanın təəssübünü çəkən avropalı siyasətçilərdən təlimatlaralaraq dövlətimizin maraqlarına ləkə vurmağa çalışan bu millisatqınlar öz əməlləri ilə xalqımızın əbədi nifrətini qazanıblar. Vəözləri də yaxşı anlayırlar ki, Azərbaycan cəmiyyətində onlara yeryoxdur.

Məlumdur ki, bu antiazərbaycançı qrupun üzvləri vaxtilətorpaqlarımızın azadlığa qovuşacağını, bütün ərazilərimiz üzərindəmilli suverenliyimizin bərpa olunacağını qeyri-mümkün hesabedirdilər. Vətən müharibəsindəki zəfərimiz bu iddiaları yerləyeksan etdi. Daha sonra onlar Rusiyanın sülhməramlı kontingentininQarabağda əbədi qalacağını iddia etməyə başladılar. Lakin Prezidentİlham Əliyevin uzaqgörən diplomatiyası və strateji gedişləri buiddiaların da nə qədər əsassız olduğunu sübut etməklə, onunmüəlliflərinin daha bir siyasi ifşası oldu.

“Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın sülhsevər dövlət,Prezident İlham Əliyevin isə qlobal səviyyədə yüksək nüfuz vəehtirama malik lider olmasının siyasi möhürüdür. Bu mükafatdövlətimizin başçısının sülh siyasətinə verilən yüksək qlobalqiymətdir. Prezident İlham Əliyevin bu nüfuzlu mükafatla təltifolunması həm də düşmən dəyirmanına su tökən antiazərbaycançıdəstəyə vurulan növbəti siyasi zərbədir.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
28
5
az.trend.az

6Mənbələr