İsmayıllı rayonu ərazisində qanunsuz yolla əldə edilən ağac materiallarının daşınması faktı aşkarlanıb.
Paytaxt.org-a daxil olan məlumatda bildirilir ki, həmin ağaclar İsmayıllı meşələrində kəsilib.
Məlumatı verən mənbə məsələnin arxasında Şahdağ Milli Parkının İsmayıllı bölməsində sahə müfəttişi Əfqan Qəribov dayanır. Hətta iddia olunur ki, o, ağac daşıyan "ZİL” markalı yük maşınını saxlayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını buna görə təhdid edib.

Faktla bağlı redaksiyamıza video və foto faktlar da göndərilib.
Qaynarinfo məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən verilən açıqlamada bildirilir:
"2026-cı il fevralın 2-dən 3-nə keçən gecə İsmayıllı rayonu ərazisində qanunsuz yolla əldə edilmiş ağac materialının "ZİL” markalı avtomobillə daşınması faktı Nazirliyin əməkdaşları tərəfindən aşkarlanıb və 3 fevral tarixində aktlaşdırılıb. Hazırda faktla bağlı araşdırma davam edir”.
Əfqan Qəribovun özündən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.
Əfqan Qəribovun adı bir neçə dəfə ağac kəsilməsində hallanıb. Hətta mediada gedən məlumatlara görə, o, keçmiş nazir Muxtar Babayevin dövründə vəzifəsindən azad edilib. Muxtar Babayev nazir karyerası ilə vidalaşdıqdan sonra isə Əfqan Qəribov yenidən işə götürülüb. Lakin o, bu dəfə başqa vəzifəyə təyin edilib."Qaynarinfo"
Paytaxt.org bildirir ki, baş verən hadisə ilə bağlı İsmayıllı RMTM Şahdağ Milli Parkında kəsilən ağaclarla bağlı tədbir görmək üçün ərazidə olub. İçlik materealla dolu saxladıqları "ZİL” markalı yük maşınını videoya çəkiblər. Lakin hadisə ilə bağlı tədbir görülməsini lüzum bilməyən meşə təsərrüfatı Mərkəzinin əməkdaşları nədənsə çəkdiyləri kadrları dolayısı ilə mediaya götürüblər. Maraqlısı odur ki, biomüxtəliflik xidməti və meşələrin inkişafı xidməti arasında olan ciddi narazılıq kimlərinsə sifarişi ilə media manşet lərində savaş yalanına çevirilməkdədir. Baş verənlərlə bağlı İsmayıllıda olan əməkdaşlarımız araşdırmalara başlayıblar. Yaxın saatlarda baş verənlərlə bağlı geniş məlumatlar verməyə çalışacağıq...