AZ

Mikelancelonun yeni tapılan eskizi hərracda rekord qiymətə satılıb

Bu barədə "Christie's" hərrac evinin saytındaməlumatyayımlanıb. Bildirilib ki, hərracda eskiz uğrunda dörd iddiaçı yarışıb. İlkin qiymət təklifi – 2 milyon dollar cəmi 45 dəqiqə ərzində 13 dəfədən çox artaraq 27,2 milyon dollara çatıb. Bu məbləğ Mikelancelonun əsərlərinin satışı üzrə rekor sayılıb. Rəssama aid əvvəlki ən bahalı əsər onun 2022-ci ildə 24,3 milyon dollara satılmış eskizi idi.

Sənətşünasların sözlərinə görə, yeni tapılmış eskizi Mikelancelo 1508-1512-ci illərdə İtaliyanın paytaxtı Roma şəhərində yerləşənSikstin kapellasınıntavanı üçün hazırlayıb. Eskiz həmin tavan üzərində çəkilmişLiviya sibilininayağının təsviridir. Nyu-Yorkun Metropoliten İncəsənət Muzeyində bu eskizə oxşar başqa bir eskiz qorunub saxlanılır. Ümumiyyətlə isə, kapelladakı rəsmlərdən yalnız bir neçəsinin orijinal eskizi dövrümüzədək gəlib çatıb. Çünki Mikelancelo işini qurtaranda onları cırıb atırdı.

Firudin Həmidli
AzVision.az
Seçilən
22
1
azvision.az

2Mənbələr