AZ

“Qarabağ”la oyun baha oldu “Nyukasl” azarkeşləri narazıdır

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək İngiltərənin "Nyukasl" klubunun azarkeşləri narazıdır. Sport24.az xəbər verir ki, fanatlar görüşdə biletlərin baha olmasından şikayətlənirlər. Tərəflər qarşılaşma üçün ən ucuz biletin 65 funt sterlinqə (təxminən 150 manat) satılmasının əleyhinədirlər.Onlar daha münasib qiymətə satışın həyata keçirilməsi istəyiblər. Hətta fanatlar Liqa mərhələsindəki ev oyunları üçün biletlərin daha ucuz olduğunu da bildiriblər.Qeyd edək ki, "Qarabağ" bu rəqiblə ilk görüşünü fevralın 18-də Bakıda, cavab matçını fevralın 24-də İngiltərədə keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
sport24.az

1Mənbələr