AZ

Tanınmış general yeni vəzifəyə təyin olundu - FOTO

Dövlət Sərhəd Xidmətində (DSX) aparılan kadr islahatları çərçivəsində daha bir general vəzifədə irəli çəkilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Faiq Məmmədov DSX Mərkəzi Aparatının yeni rəhbəri təyin edilib. Bu, Mərkəzi Aparatın əsas idarəetmə strukturudur.

Qeyd edək ki, Faiq Məmmədov daha əvvəl DSX-də Baş idarə rəisi vəzifəsində işləyib. O, həmçinin qısa müddətə DSX Akademiyasının rəis əvəzi olub.

General 2024-cü ildə ikinci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Seçilən
7
5
manset.az

7Mənbələr