AZ

Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin babası vəfat edib

Ağstafa rayonunun Böyük Kəsik kəndindən olan Vətən Müharibəsi Qəhrəmanımızın babası Kərəm Yusifov dünyasını dəyişib. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə məsul şəxslərlə birlikdə mərhumun doğma evində ailə üzvlərinə və yaxınlarına başsağlığı verib. Vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin və onların bu dünyadan köçən doğmalarının ruhuna dualar oxunub. Vətən Müharibəsi Qəhrəmanının atası Nazim Yusifov ölkəmizdə şəhid ailələrinin üzvlərinə, yaxınlarına göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə dərin minnətdarlığını bildirib.

Allahdan şəhidlərimizə və onların dünyasını dəyişmiş doğmalarına rəhmət diləyirik!

image-1 image-2 image-3

Seçilən
18
1
veteninfo.az

2Mənbələr