AZ

Saxlanılan aktyorun analiz nəticələri açıqlandı

Barəsində həbs qərarı çıxarıldıqdan sonra İstanbula gələn və polis tərəfindən saxlanılan aktyor Barış Murat Yağcının narkotik istifadəsi ilə bağlı verdiyi analizin nəticələri məlum olub.
 
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, test nəticələri mənfi çıxan aktyor sərbəst buraxılıb.

Aktyorun yenidən "Survivor 2026"ya qayıdıb-qayıtmayacağı isə məlum deyil.
 
Acun Ilıcalı daha öncə verdiyi açıqlamada nalizlər təmiz çıxarsa, Barışın geri qayıtmasını istədiyini bildirmişdi.
 
Bununla bağlı qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.
 
7News.Az
Seçilən
22
7news.az

1Mənbələr