AZ

Lider dəyişmədi, “Lion” ardıcıl 10 cu qələbə ilə “Marsel”ə çatdı

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Liqa 1-in 20-ci turunda maraqlı hadisələr baş verdi. "Football-plus.az" xəbər verir ki, PSJ səfərdə “Strasbur”u çətinliklə məğlub etdi. Meydan sahiblərinin heyətində Paniçelli 20-ci dəqiqədə penaltini boşa verməsəydi, bəlkə də nəticə fərqli ola bilərdi. Yeri gəlmişkən, Hakiminin 75-ci dəqiqədə meydandan qovulması üzündən PSJ oyunu azlıqda başa vurdu. Liderin ən yaxın izləyicisi “Lans” evdə “Havr”ı yeganə qolla məğlub etdi. “Marsel”lə “Lion” hərəyə 39 xalla 3-cü yerə şərikdi. Cənublular “Paris”lə səfər oyununda 2:0 önə çıxsalar da, uzatma dəqiqələrində qələbəni əldən verdilər. “Şirlər” isə bütün turnirlərdəki ardıcıl 10-cu qələbəsini “Lill” üzərində qazandı.“Monako” evdə “Renn”i darmadağın etməklə turnir vəziyyətini bir qədər yaxşılaşdırdı. Turun qalan oyunlarına gəlincə, “Loryan” evdə “Nant”a, “Anje” “Mets”ə qalib gəldi. “Nitsa” – “Brest” oyununda qalib müəyyənləşmədi: komandalar hərəyə iki qol vurdu. Oyunun gedişində meydan sahibləri 0:2 geri düşmüşdü. “Tuluza” – “Oser” oyununda qapılara qol vurulmadı.20-ci turStrasbur – PSJ 1:2Due, 27 – Mayulu, 22. Mendeş, 81. (31324)PSJ: Safonov, Hakimi, Markinyos, Paço, Mendeş, Zair-Emeri, Vitinya, Neveş, Mayulu (Dembele, 59), Mbaye (Due, 46), Barkolya (Li Kan İn, 60).Paris – Marsel 2:2İkone, 82. Kebbal, 90+4-p. – Qrinvud, 18-p. Obameyanq, 53. (19209)Marsel: Rulyi, Balerdi, Agerd, Medina, Vea (Murilyo, 80), Höybyerq, Timber (Nadir, 79), Payşao (Vermeren, 79), Qrinvud, Nvaneri (Traore, 67), Obameyanq (Quiri, 67). Monako – Renn 4:0Fati, 33. Akliuş, 50. Kulibali, 60. İdumbo, 89. (6000)Monako: Kön, Teze, Kulibali, Kerer, Uattara, Zakariya (Bamba, 81), Kamara, Dyatta (Vanderson, 72), Qolovin (İdumbo, 81), Fati (Akliuş, 46), Baloqan (Biret, 56). Lans – Havr 1:0Agilar, 45+1. (38158)Loryan – Nant 2:1Dyenq, 32. Kuassi, 89 – Ablin, 74. (14237)Lion – Lill 1:0Narti, 37. (56150)Anje – Mets 1:0Muton, 25. (10367)Nitsa – Brest 2:2Abdi, 63. Vai, 71 – Del Kastilyo, 15-p. Dumbiya, 23. (18757)Tuluza – Oser 0:0(23721)1. PSJ 20 15 3 2 43-16 482. Lans 20 15 1 4 34-16 463. Marsel 20 12 3 5 46-22 394. Lion 20 12 3 5 33-20 395. Lill 20 10 2 8 34-30 326. Renn 20 8 7 5 30-31 317. Strasbur 20 9 3 8 33-25 308. Tuluza 20 8 6 6 31-23 309. Loryan 20 7 7 6 27-31 2810. Monako 20 8 3 9 32-33 2711. Anje 20 7 5 8 21-25 2612. Brest 20 6 5 9 26-33 2313. Nitsa 20 6 4 10 27-38 2214. Paris 20 5 6 9 26-34 2115. Havr 20 4 8 8 16-25 2016. Nant 20 3 5 12 19-36 1417. Oser 20 3 4 13 14-29 1318. Mets 20 3 3 14 21-46 12Bombardirlər: Qrinvud (Marsel) – 13, Paniçelli (Strasbur) - 11, Lepol (Renn) – 9.Növbəti turun oyunları fevralın 6-8-i aralığında keçiriləcək: Anje – Tuluza, Brest – Loryan, Havr – Strasbur, Lans – Renn, Mets – Lill, Nant – Lion, Nitsa – Monako, Oser – Paris, PSJ – Marsel.Turun rəqəmi60 – PSJ-nin çempionatda qırmızı vərəqə görmədiyi oyunlar seriyası bu həddə dayandı. Bu seriyanın əsası 2024-cü ilin martında – Lukas Beraldo “Marsel”lə oyunda meydandan qovulandan sonra qoyulmuşdu. 60 qırçızı vərəqəsiz oyun elitada 2-ci belə seriyadı. “Oser” 2010un martından 2011-in dekabrına qədər 65 oyunda “qırmızı” ilə cəzalanmayıb.Turun ulduzuMatvey Safonov (PSJ) – oyunsonrası penalti seriyası da nəzərə alınmaqla cari mövsümdə qapısına təyin olunan 7 belə zərbədən 5-ni dəf edib. “Böyük beşlik” ölkələrində heç bir qapıçı belə nəticə ilə öyünə bilməz.Turun sitatı Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Karyeram boyunca penalti zərbələrini qaytarmaq bacarığına malik olan qapıçılar görmüşəm. Matvey bu planda ən yaxşısıdı, oyunçunun qapının hansı tərəfinə zərbə vuracağını öncədən müəyyənləşdirə bilir. Bu, çox vacib keyfiyyətdi”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
icma.az

2Mənbələr