AZ

Ermənistan Azərbaycandan hansı məhulların idxalı üçün danışıq aparır?

“Hazırda iki məhsul var, onların idxal imkanlarını açmaq üçün Azərbaycanla danışıqlar aparırıq”.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan mətbuat konfransında məlumat verib.

"İş adamı bizə deyir ki, tutaq ki, bu məhsulu gətirmək istəyirik. Tərəfdaşlarla danışmağa başlayırıq, razılıq əldə edirik, təsdiqləyirik, deyirik ki, bu məhsulu da gətirə bilərik", - deyə siyasətçi vurğulayıb.

Popoyan qeyd edib ki, yalnız yekun təsdiq olduqda hansı məhsulların müzakirə olunduğunu deyəcəklər ki, danışıqlarda tərəflərə əlavə gözləmə və təzyiq olmasın.

Daşıqn HəsənovMissiya.Az

Seçilən
26
missiya.az

1Mənbələr