AZ

Bu da Ronaldonun məşhurlaşan baldızı: Görün Kriştiano haqda nə deyir

Artıq sosial şəbəkələrin yeni yeni bir qəhrəmanı var. Söhbət ulduz futbolçu Kriştiano Ronaldunun nişanlısı Corcinanın bacısı - İvana Rodriqesdən gedir.

Publika.az xəbər verir ki, o, müasir dövrdə influenser adlandırılan insanların tipik nümunəsidir. Onun “Instagram”da 833 min izləyicisi var və bu platforma vasitəsilə dəbli və ya o qədər də tanınmayan brendlərin reklamını edir, müxtəlif tədbirləri təşviq edir.

Təbii ki, İvana 2022-ci ildə başlayan və 2024-cü ilə qədər davam edən "Netflix"-in “Mən – Corcinayam” realiti-serialında da iştirak edib. Düzdür, son seriyalarda o artıq görünmürdü və media bacıların nəyəsə görə mübahisə edib sosial şəbəkələrdə bir-birini blokladığı barədə şayiələr yaymışdı. Bu isə tamamilə əsassızdır. Sosial şəbəkələrə baxmaq kifayətdir ki, onların birgə fotolarını görəsən.

İvana 2018-ci ildən Karlos Qarsiya ilə münasibətdədir, 2021-ci ildə isə cütlüyün bir qızı dünyaya gəlib.

Seçilən
61
1
publika.az

2Mənbələr