AZ

Sabah hava necə olacaq?

Fevralın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən gecə bəzi yerlərdə havanın az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Seçilən
22
49
day.az

10Mənbələr