Vaşinqtonda keçirilmiş Zirvə Görüşündən sonra ötən altı ayın tərəfdaşlıq və əməkdaşlıq mərhələsi kimi xarakterizə edilməsi regionda real dəyişikliklərin baş verdiyini göstərir. Sülh sazişinin paraflanması, qarşılıqlı addımların atılması, nəqliyyat və ticarət məhdudiyyətlərinin aradan qaldırılması artıq praktiki nəticələrin əldə olunduğunu təsdiqləyir. Dövlətimizin başçısı bu prosesdə beynəlxalq tərəfdaşların, xüsusilə ABŞ administrasiyasının vasitəçiliyini də qeyd edib. Bu amillər göstərir ki, regionda formalaşan yeni təhlükəsizlik arxitekturası geniş beynəlxalq dəstəyə malikdir.
Diqqət çəkən məqamlardan biri odur ki, əməkdaşlıq artıq iqtisadi və humanitar müstəvidə konkret addımlarla müşayiət olunur. Yük daşımalarının bərpası, enerji məhsullarının ixracı, ticarət əlaqələrinin genişləndirilməsi qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Həmin yanaşmaya əsasən, dayanıqlı sülh yalnız diplomatik sənədlərlə deyil, real iqtisadi inteqrasiya və qarşılıqlı fayda üzərində qurulur. Məhz bu model uzunmüddətli sabitliyin əsas təminatıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31