Şahmat üzrə Azərbaycan millisinin liderləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədov ölkə çempionatında mübarizəyə 1/8 finaldan başlayacaqlar.
İdmanxeber.az xəbər verir , hər iki qrossmeyster 1/16 final mərhələsindən azaddır.
Ş.Məmmədyarov 1/8 finalda Murad İbrahimli – Vüqar Manafov cütünün qalibi ilə, R.Məmmədov isə Azər Mirzəyev – Şiroğlan Talıbov duelinin güclüsü ilə görüşəcək.
Həm qadınların, həm də kişilərin mübarizəsində ilk partiyalar fevralın 8-də baş tutacaq.