AZ

 Güllələnmə hadisəsi baş verən liseydə kimlər məsuliyyətə cəlb edilə bilər? Vəkildən açıqlama

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "İdrak" Liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib. Bəs, hadisəyə görə, kimlər məsuliyyət daşıyacaq? 

Mövzu ilə bağlı Missiya.Az-ın suallarını cavablandıran vəkil Cavanşir Qasımzadə bildirib ki, silahlı insidentə hüquqi baxış zamanı ilk növbədə şagirdin yaşına diqqət yetirmək lazımdır:

"Cinayət Məcəlləsinə görə, ümumilikdə cinayət məsuliyyətinə 16 yaşdan başlanır. Lakin bəzi cinayətlər üçün məsuliyyət 14 yaşdan qüvvəyə minir. Məsələn, qəsdən sağlamlığa ağır zərər vurma və ya qəsdən adam öldürmə hallarında məsuliyyət 14 yaşdan başlayır. Yetkinlik yaşına çatmayan şəxslərə bu hallara görə təyin olunan ən ağır cəza 10 ildən artıq ola bilməz. Yəni, cəza 10 ilədək müəyyən olunur.

Amma məsələyə yalnız bu kontekstdən yanaşmaq kifayət deyil. Burada bir neçə vacib məsələ var: Silah qanunsuz olaraq əldə olunubmu?  Silahın sahibi kimdir və silah məktəbə necə daxil olub? Valideyn bu vəziyyətə necə icazə verib?"

Vəkil qeyd edib ki, əgər silahın sahibi uşağa silah veribsə, bu yalnız inzibati məsuliyyət yaratmır, həm də cinayət məsuliyyəti yaradır:

"Bundan başqa, uşağın məktəbə silahla daxil olması da ayrıca cinayət məsuliyyətini doğurur. (səhlənkarlıq maddəsi ilə).

Hər bir halda, zərərçəkən və ya onun yaxınları kompensasiya tələb edə bilər — təkcə uşağın valideynlərindən deyil, həm də məktəb rəhbərliyindən".

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
22
missiya.az

1Mənbələr