Olaylar.az xəbər verir ki, bu fikirləri "Parlaq Ermənistan" Partiyasının sədri Edmon Marukyan "Facebook" səhifəsində paylaşdığı videomüraciətdə səsləndirib.
Marukyan bildirib ki, dünyada hazırda fəaliyyət göstərən heç bir modul atom elektrik stansiyası mövcud deyil, bu cür texnologiya yalnız sualtı qayıqlarda tətbiq olunur. Onun sözlərinə görə, bu məsələ sırf mühəndislik yanaşması deyil, Ermənistanın Rusiya ilə atom enerjisi sahəsində əlaqələrini tamamilə kəsməyə yönəlmiş geosiyasi göstərişdir.
Siyasətçi vurğulayıb ki, BMT ekspertləri Ermənistanın Qərbin təzyiqi altında olduğunu və Paşinyan hökumətinin ölkənin enerji suverenliyini qurban verdiyini qeyd edirlər. Marukyan həmçinin diqqətə çatdırıb ki, Türkiyə Rusiya vəsaiti hesabına güclü "Akkuyu" atom elektrik stansiyası inşa etdiyi bir vaxtda, Ermənistan öz strateji obyektini bağlamaq və nəticədə düşməndən asılı vəziyyətə düşmək təhlükəsi ilə üz-üzədir.