ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yeni sənədlər pedofili milyarder Ceffri Epşteynin genetik testlərdən keçərək öz DNT-si üzərindən cavanlaşma və həyat müddətini uzatma imkanlarını araşdırdığını ortaya qoyub.
Sherg.az xəbər verir ki, yeni dərc olunan elektron məktublar göstərir ki, pedofili milyarder Ceffri Epşteyn regenerativ tibb sahəsində istifadə olunmaq məqsədilə genetik testlər üçün ödəniş edib. Məqsəd bədənin köhnəlmiş toxuma və orqanlarını bərpa etməyə yönəlmiş araşdırmalar vasitəsilə ömrün uzadılması ehtimalını öyrənmək olub.
CNN-in məlumatına görə, Epşteyn 2008-ci ildə fahişəlik ittihamları ilə məhkum olunmasından bir neçə il sonra ABŞ-nin aparıcı xəstəxanalarından birində çalışan həkimdən yeni genetik testlər alıb.
Bu tədqiqatları aparan şəxs həmin dövrdə Massachusetts General Hospitalda baş həkimlərdən biri olan Cozef Takuriya (Joseph Thakuria) olub. Takuriya eyni zamanda Harvard Tibb Fakültəsi ilə əlaqəli iri miqyaslı genom araşdırmaları ilə də bağlı idi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.