AZ

Oturacaqları “Renta a car”, turizm agentlikləri və mobil operatorların köşkləri əvəzləyib BAKI AEROPORTUNDAN DAHA BİR NARAZILIQ

ain.az bildirir, Gununsesi portalına istinadən.

Oturacaqları “Renta a car”, turizm agentlikləri və mobil operatorların köşkləri əvəzləyib

Samir Rzayevin  “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti təyin olunmasından sonra bu şirkətdə müsbət dəyişikliklər olacağına dair ümidlər yaransa da, bu gözlənti özünü doğrultmadı.

Hamı gözləyirdi ki, Samir Rzayevin təyinatından sonra keçmiş prezident Cahangir Əsgərovun illərdən bəri davam edən soyğunçuluq siyasətinə son qoyulacaq.

Amma əksi baş verdi.

Belə ki, AZAL qonşu Gürcüstanla gediş-dönüş biletini 1000-1200 manata qaldırmaqla, Əsgərovun atasına rəhmət oxutdurdu.

Bundan başqa aeroport ərazisində xidmət göstərən kənar taksi şirkətləri oradan uzaqlaşdırıldı və insanlar  “Bakı Taxi Xidməti”-nin bahalı qiymətlərinə məcbur edildi.

Baxmayaraq, ölkənin İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) də AZAL-ın bu qərarınn rəqabət qanunlarını pozduğunu bəyan etdi.

Gununsesi.info-ya müraciət edən vətəndaşlar AZAL-lla bağlı daha bir narazılıq doğuran faktı təqdim edib.

Belə ki, redaksiyamıza müraciət edən vətəndaş bildirir ki, Heydər Əliyev adına aeroportda sərnişinlərin oturması üçün qoyulan oturacaqlar demək olar ki, yığışdırılıb.

Həmin oturacaqların yerində isə aeroport daxilində “renta car” şirkətlərinin, mobil telefon operatorlarının, turuzm agentliklərinin köşkü qoyulub.

“Təsəvvür edin ki, qeydiyyata 2 saat qalmış hava limanına uşaqlı ailələr, ahıllar gəlir. Oturmağa yer yoxdur. Sanki hava limanı yox, hansısa ticarət mərkəzindəsən. Bu özbaşınalıq aradan götürülməlidir” deyə vətəndaşlar bəyan edir.

Məsələ ilə bağlı AZAL-ın mövqeyini işıqlandırmağa hazırıq.

Firuzə Mahmudova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
icma.az

1Mənbələr