AZ

İcbari Tibbi Sığorta Agentliyi metrodakı reklamlara 232 min manat xərcləyəcək

ain.az, Yeniavaz saytına istinadən bildirir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) “Advera” MMC (VÖEN – 1605706481) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.

Müqavilənin şərtlərinə görə, “Advera” MMC Agentliyin sifarişi əsasında “Bakı Metropoliteni”nin 22 fərqli stansiyasında yerləşdiriləcək reklam lövhələrinin hazırlanması və icarəsi xidmətlərini həyata keçirəcək. Bu xidmətlərin qarşılığında isə Agentlik “Advera” MMC-yə 232 min 106 manat ödəyəcək. Qeyd olunan işlər bir il müddətində – 23.01.2026-cı ildən 23.01.2027-ci il tarixinə kimi icra olunacaq.Elnur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
3
yeniavaz.com

4Mənbələr