AZ

Robert Köçəryan yenidən həbs oluna bilər

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Ermənistanın sabiq prezidenti Robert Köçəryanı məhkəməyə verib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Hetq.am” nəşri məlumat yatıb. 

Alen Simonyan eks-prezidentdən onu təhqir etdiyinə görə açıq şəkildə üzr istəməsini və 1 milyon dram məbləğində təzminat ödəməsini tələb edir.

“2026-cı il yanvarın 29-da keçirdiyim mətbuat konfransında Alen Simonyan haqqında təhqiramiz ifadələr işlətdim və buna görə cənab Simonyandan üzr istəyirəm” - iddia ərizəsində Köçəryanın belə deməsi tələb olunur.

Qeyd edək ki, Robert Köçəryanın yanvarın 29-da keçirdiyi mətbuat konfransında jurnalistlərdən biri orduda insanların yaddaşında həkk olunmuş ən pis vəziyyətin məhz Köçəryanın prezidentlik illərinə təsadüf etməsinin səbəbini soruşub. 

Jurnalist Milli Məclisin sədri Alen Simonyanın ordudakı vəziyyətlə bağlı qiymətləndirməsindən sitat gətirib: yemək və su çatışmazlığı, zabitlər tərəfindən əsgərlərin təhqir edilməsi və s. 

Suala cavabında Robert Köçəryan Simonyanı təhqir edərək deyib:

“Əgər Alen Simonyan ordunun döyüş hazırlığını qiymətləndiririsə, onda biz hara gəlib çıxmışıq? 

Bu adam ordu haqqında nə bilir? Şübhə edirəm ki, o, heç vaxt layiqincə xidmət etməyib. Çünki belə alçaqlar layiqincə xidmət edə bilməzlər”, - deyə eks-prezident deyib.

Milli Məclisin sədri üzrxahlığın mətninin Robert Köçəryanın “Facebook” səhifəsində ən azı 5 iş günü ərzində hamı üçün əlçatan və görünən formada, yaxud bu mümkün olmadığı təqdirdə, ən azı beş min nüsxə tirajla çap olunmuş nəşrdə dərc olunmasını tələb edir.

Simonyan həmçinin, Köçəryanın ona 530 min dram məhkəmə xərcləri ödəməsini tələb edir ki, bunun 480 min dramını vəkil haqqı, 50 min dramını isə dövlət rüsumu təşkil edir.

Seçilən
75
cebheinfo.az

1Mənbələr