Ajans.az xəbər verir ki, “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov hadisə ilə bağlı “Yeni Sabah”ın suallarını cavablandırıb. - Hadisə necə olub? - Mən gəlmişəm, burdayam. Uşaq çantasında ov tüfəngi gətirib. Ehtiyatsızlıqdan atəş açılıb. Şükür Allaha, elə də ciddi xəsarət yoxdur. - Neçənci sinif şagirdidir? - 10-cu sinifdə oxuyur. Oğlan uşağıdır. - Güllələnən müəllim qadındır yoxsa kişi? - Qadındır. - Müəllimin vəziyyəti necədir? - Müəllimənin vəziyyəti yaxşıdır. Xəstəxanadadır. - Hansı fənndən dərs deyir? - Hazırda araşdırma aparılır. - Əvvəllər bu şagirdlə bağlı şikayət olub? - Xeyr olmayıb. - Həmin şagirdin davranışları normaldır? - Bəli, normaldır. - Liseyin qapısında mühafizə yoxdur? Necə olub ki, həmin silahı içəri keçirib? - Var. Ancaq keçirə bilib. - Hadisə sinif otağında, yoxsa həyətdə baş verib? - Sinif otağında baş verib.