Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib. Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K.-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş. saxlanılıb. Ondan ov silahı götürülüb.
“Cebheinfo.az”-ın hadisə yerində olan əməkdaşı liseydə təhsil alan uşaqların birindən hadisə ilə bağlı məlumat öyrənib. O bildirib ki, hadisə 3-cü mərtəbədə baş verib, yaralananan şəxs riyaziyyat müəllimidir. Hadisənin hansı səbəbdən baş verdiyi dəqiq bilmədiyini qeyd edib.