AZ

"Neftçi"dən "Qarabağ"la bağlı geri addım

Misli Premyer Liqasının XXI turunun "Neftçi" - "Qarabağ" matçı ilə bağlı durum dəyişib. Metbuat.az xəbər verir ki, apasport.az saytının əldə etdiyi məlumata görə, qarşılaşma təxirə salınıb.Bu gün həmin qərar dəqiqləşib. Tərəflər arasında keçirilməli olan matç 21 fevral tarixində baş tutmayacaq.Daha öncə "Neftçi"nin təxirəsalma ilə razılaşmadığını xəbər vermişdik. "Ağ-qaralar" "Qarabağ"ın təklifinə rədd cavabı versə də, sonradan rəqiblə razılaşıb.

Qərar yaxın müddətdə ictimaiyyətə rəsmi olaraq açıqlanacaq.

Seçilən
3
2
metbuat.az

3Mənbələr