AZ

Göyərtinin içərisində 51 kq narkotik aşkarlandı

Astara gömrüyündə növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Ucnoqta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, narkotik İrandan Rusiyaya “göyərti” yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 51 kiloqram 941 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Seçilən
17
3
ucnoqta.az

10Mənbələr