AZ

Çin Starlink-i sıradan çıxara bilən mikrodalğalı silah hazırladığını açıqlayıb – ÖZƏL

Çin aşağı Yer orbitindəki peyklərin, o cümlədən SpaceX-in Starlink şəbəkəsinin işini poza bilən TPG1000Cs adlı mikrodalğalı silah yaradıb. 

Olaylar.az xəbər verir ki, South China Morning Post yazır ki, sistem bir dəqiqə ərzində 20 giqavat gücündə impulslar yarada bilir. Qurğunun uzunluğu 4 metr, çəkisi 5 tondur və onu yük maşınına, gəmiyə, təyyarəyə və ya peykə quraşdırmaq mümkündür. Əvvəlki analoji sistemlər cəmi bir neçə saniyə işləyə bilirdi və daha iri ölçülü idi.

Bundan əvvəl Çin nümayəndəsi BMT Təhlükəsizlik Şurasında Starlink-in milli təhlükəsizlik üçün risk yaratdığını bildirib; 2021-ci ildə Çin orbital stansiyası ilə təhlükəli yaxınlaşma və 2025-ci ilin dekabrında bir aparatın dağılması misal çəkilib. Pekin, həmçinin bəzi peyklərin terrorçu və separatçı qruplar tərəfindən istifadə edildiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
51
olaylar.az

1Mənbələr