AZ

Türkiyənin Avropa Birliyinə üzvlüyü: Danışıqlar bərpa olunur?

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyənin Avropa Birliyi ilə üzvlük danışıqlarına yenidən başlaması hazırda Aİ-nin gündəliyində deyil.

“Cebheinfo.az” xəbər verir ki, bunu Genişlənmə üzrə Avropa Komissarı Marta Kos Ankaraya səfərindən əvvəl bildirib. 

O, Avropanın "Politico" nəşrinə verdiyi müsahibədə bildirib: 

“Ankaraya səfərim etimadın bərpasına və iqtisadi münasibətlərimizin hər iki tərəf üçün daha faydalı olmasının yollarını tapmağa yönəlib". Komissar əlavə edib ki, Aİ Türkiyə ilə əlaqələrinə yeni baxış keçirməlidir", lakin danışıqların yenidən başlaması planlaşdırılmır.

Kosun sözlərinə görə, səfərin əsas məqsədi Türkiyə ilə güclü tərəfdaşlıq qurmaq olacaq: 

"Ukraynadakı sülhün, xüsusən də Qara dəniz bölgəsində Avropa reallıqlarını dəyişdirəcəyinə və buna görə də Ankaranın Brüssel üçün çox vacib tərəfdaşa çevriləcəyinə inanıram. Bundan əlavə, Avropa Komissiyası cümə günü Türkiyə, Mərkəzi Avropa ölkələri və Cənubi Qafqazla birlikdə "Regionlararası Əməkdaşlıq Gündəliyinin İrəlilədilməsi" adlı tədqiqat təqdim etməyi planlaşdırır. Digər məsələlərlə yanaşı, regionlar arasında nəqliyyat və ticarət dəhlizlərinin inkişafı üçün lazım olan investisiyalar da diqqədədir.

Qəzetə verdiyi müsahibədə Türkiyənin Aİ-dəki səfiri Yaprak Balkan ölkə ilə Aİ arasındakı münasibətlərin "ortaq maraqlara əsaslanacağına" ümid etdiyini bildirib. O, həmçinin Türkiyənin Aİ-yə daxil olmasının bu münasibətlərin "yol göstəricisi" olaraq qaldığını vurğulayıb.

Digər tərəfdən, Yunanıstan və yunan Kipri Ankaranın müəyyən güzəştləri olmadan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına qarşı çıxır. Aİ rəsmisinin sözlərinə görə, Kipr gəmilərinin Türkiyə limanlarına yan almasına icazə verməyə üstünlük verir.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
3
cebheinfo.az

4Mənbələr